logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əlibaba Muradəliyevdən, Şamaxı, Azərbaycan

Text size icon-size icon-size

16 iyun 2026, 18:03

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycan əhalisinin rifahının yüksəldilməsi, məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, davamlı proqramlar vətəndaşlar tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Özünüməşğulluq proqramı da bu qəbildəndir. Bu proqram vasitəsilə insanların əmək fəaliyyətinə cəlb olunması və gəlir imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir. Mən də bu proqramdan yararlanan vətəndaşlardan biriyəm. Göstərilən bu dəstək mənim peşə fəaliyyətimi qurmağıma, ailəmin rifahının yaxşılaşmasına əhəmiyyətli töhfə vermişdir.

Göstərilən diqqət və qayğiya görə Sizə dərin minnətdarlığımı bildirir, daim uğurlar arzulayıram.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əlibaba Muradəliyev

Azərbaycan Respublikası, Şamaxı rayonu, Məlhəm kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi