Rezo Həsənovdan, Bolnisi, Gürcüstan
16 iyun 2026, 13:00
Hörmətli cənab Prezident.
Gürcüstanın Bolnisi şəhərində fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin əməkdaşları adından Sizə dərin hörmət və ehtiramımızı bildirir, Azərbaycan Respublikası vətəndaşlarının rifahı naminə həyata keçirdiyiniz uğurlu dövlət siyasətinə görə minnətdarlığımızı ifadə edirik.
Nəzərinizə çatdırmaq istərdik ki, 2026-cı il iyunun 5-7-si tarixlərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində təşkil olunmuş səyyar “ASAN xidmət” vasitəsilə Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarına sənədlərin dəyişdirilməsi, habelə müvafiq arayışların verilməsi xidmətlərinin göstərilməsi böyük məmnunluqla qarşılanmışdır.
Bu təşəbbüs xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının dövlət xidmətlərindən daha rahat və operativ şəkildə yararlanmasına mühüm töhfə vermiş, onların Azərbaycan dövlətinə olan bağlılığını və etimadını daha da gücləndirmişdir. Səyyar “ASAN xidmət”in Gürcüstanda təşkili Azərbaycan dövlətinin hər bir vətəndaşına göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.
Bu mühüm xidmətin həyata keçirilməsinə yaratdığınız şəraitə və göstərdiyiniz dəstəyə görə Sizə təşkilatımızın kollektivi və Gürcüstanda yaşayan Azərbaycan Respublikası vətəndaşları adından dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan Respublikasına isə davamlı inkişaf və firavanlıq arzulayırıq.
Hörmətlə,
Həsənov Rezo, "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"-nin direktoru.
Gürcüstan, Bolnisi rayonu.