Rəna Hüseynovadan, Tbilisi, Gürcüstan
10 iyun 2026, 14:26
Möhtərəm cənab Prezident,
Xarici ölkələrdə, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyiniz davamlı diqqət və qayğıya, onların rifahının yüksəldilməsi, dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Xüsusilə qeyd etmək istəyirik ki, cari ilin 5–7 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunmuş Səyyar ASAN xidmət Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyan və yüksək qiymətləndirilən təşəbbüsə çevrilmişdir.
Şəxsiyyət və sürücülük vəsiqələrinin, eləcə də müxtəlif arayışların verilməsi kimi zəruri xidmətlərin vətəndaşlara yüksək peşəkarlıq, operativliklə göstərilməsi böyük məmnunluq yaradır. Bu mühüm layihənin həyata keçirilməsinə görə səmimi təşəkkürümüzü bildiririk.
Dərin hörmət və ehtiramla,
Rəna Hüseynova
Alyans Gənclər Mərkəzinin direktoru
Gürcüstan, Tbilisi şəhəri.