logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məhəbbət İmanovdan, Marneuli, Gürcüstan

Text size icon-size icon-size

09 iyun 2026, 15:00

Möhtərəm cənab Prezident,

Bu il iyunun 5-dən 7-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunmuş Səyyar ASAN xidmət Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən və yüksək qiymətləndirilən təşəbbüs olmuşdur. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, habelə arayışların təqdim edilməsi kimi vacib xidmətlərin vətəndaşlara yüksək peşəkarlıq, operativlik və rahat şəraitdə göstərilməsi xüsusi minnətdarlıq hissi doğurur. Bu mühüm layihənin həyata keçirilməsində əməyi olan bütün qurumlara və əməkdaşlara səmimi təşəkkürümüzü bildiririk.

Üç gün ərzində yüzlərlə Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın hüquq və mənafelərinin qorunmasına, onların dövlət xidmətlərindən səmərəli və rahat şəkildə yararlanmalarının təmin edilməsinə verdiyi yüksək önəmin bariz təzahürüdür.

Hörmətli cənab Prezident, xaricdə, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılara göstərilən davamlı diqqət və qayğıya, onların rifahının yüksəldilməsi və dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı ifadə edirik.

Səyyar ASAN xidmət təşəbbüsünü yüksək qiymətləndirir, bu nəcib missiyanın davamlı xarakter almasını və daha geniş coğrafiyanı əhatə etməsini arzulayırıq.

Biz birlikdə güclüyük.

Dərin hörmət və ehtiramla,

Məhəbbət İmanov,

“Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru

Gürcüstan, Marneuli şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi