ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan
04 iyun 2026, 17:13
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı və Amerika yəhudi icması adından 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.
Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu tarixi mərhələnin əhəmiyyətini və onun yaratdığı parlamentli idarəetmənin, hüquq bərabərliyinin və inklüzivliyin davamlı irsini dəyərləndiririk. Xüsusilə 1918-ci ildə respublikanın ilk parlamentində yəhudi nümayəndəsinin də yer alması Azərbaycanda uzunmüddətli birgəyaşayış və qarşılıqlı hörmət ənənəsinin sübutudur.
Amerikalı yəhudi liderlərindən ibarət nümayəndə heyətimiz bu ilin fevralında Azərbaycana səfər etmək şərəfinə nail oldu və biz ölkənizi fərqləndirən şəffaflıq, plüralizm və qarşılıqlı hörmət dəyərlərinin şahidi olduq. Azərbaycandan ölkənin uzunmüddətli dini tolerantlıq ənənəsinin, qədim tarixinin və zəngin mədəni irsinin, səfərimiz boyunca gördüyümüz mehribanlığın və qonaqpərvərliyin bizdə yaratdığı dərin təəssüratla qayıtdıq.
Cənab Prezident, bu əlamətdar milli bayram münasibətilə Azərbaycan Respublikasının və onun xalqının davamlı firavanlığı, təhlükəsizliyi və uğurları ilə bağlı ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik. Gələcəkdə icmalarımız arasında qarşılıqlı anlaşmanı, dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik.
Hörmətlə,
Betsi Berns Korn
ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının
Prezidentləri Konfransının sədri,
Uilyam Darof
Konfransın baş icraçı direktoru