logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belçika Azərbaycan Koordinasiya Şurası və İcma Təşkilatının üzvlərindən, Brüssel, Belçika

Text size icon-size icon-size

02 iyun 2026, 11:11

Möhtərəm Cənab Prezident,

Bu gün Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası beynəlxalq nüfuzunu daha da möhkəmləndirir, mühüm sosial-iqtisadi nailiyyətlər əldə edir, regional və qlobal əməkdaşlığın, eləcə də dialoq və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfələr verir.

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yüksək səviyyədə və uğurla təşkil olunmasına görə Sizə minnətdarıq. Bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, dinamik inkişafının və qlobal əhəmiyyətli məsələlər ətrafında müxtəlif tərəfdaşları bir araya gətirmək bacarığının növbəti bariz nümunəsi olmuşdur. Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın multikulturalizmə, beynəlxalq həmrəyliyə və daha dayanıqlı gələcəyin qurulmasına verdiyi mühüm töhfənin ifadəsidir.

Bununla yanaşı, regionda sülh prosesinin inkişafı istiqamətində müşahidə olunan müsbət irəliləyişləri də böyük məmnunluq hissi ilə qarşılayırıq. İnanırıq ki, Sizin qətiyyətli rəhbərliyiniz və siyasi iradəniz nəticəsində Cənubi Qafqaz regionunda davamlı sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaranacaqdır. Bu proses region xalqları üçün daha təhlükəsiz, firavan və sabit gələcəyin təmin olunmasına xidmət edəcəkdir.

Bir daha bildirmək istərdik ki, Belçikadakı Azərbaycan icmasının nümayəndələri olaraq, Vətənimizin uğurları ilə daim qürur duyur, Azərbaycan ilə Belçika Krallığı, eləcə də digər Avropa ölkələri arasında dostluq münasibətlərinin, mədəni əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi və səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Belçikada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həmvətənlər, icma və təşkilatlar adından Sizi və bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni nailiyyətlər, Azərbaycan xalqına isə davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Abasov Rüfət, RADİOCTO – Avropada Azərbaycan Radiosunun rəhbəri,

Abbasi Yasəmən, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri,

Veysova Nurlana – “İRS” Azərbaycan Belçika Tələbə Assosiasiyasının rəhbəri,

Abdullayev Novruz, “Fireland” Belçika Azərbaycanlıları Birliyinin rəhbəri,

Emin Əliyev, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təsisçisi

Belçika Krallığı, Brüssel şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi