Xanlar Zeynalovdan, Cəbrayıl, Azərbaycan
01 iyun 2026, 14:15
Müzəffər Ali Baş Komandan!
Xalqımızın rifahı naminə yürütdüyünüz siyasətinizi, məqsədyönlü addımlarınızı bəyənir və dəstəkləyirik. Daxili siyasətinizin mühüm tərkib hissələrindən biri olan kadr islahatları da təqdirəlayiqdir.
Sizin tapşırıq və göstərişləriniz əsasında, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi xeyli yaxşılaşdırılmışdır. Xüsusilə, dövlət qurumlarının vəzifəli şəxslərinin bölgələrdə vətəndaşları qəbul edib dinləməsi müsbət nəticələr verir. Elə bu günlərdə Zəngilan rayonunun Ağalı kəndində iştirak etdiyim belə bir qəbulda mənə göstərilən köməyə görə bu məktubu yazıram. Qəbul zamanı vətəndaşlara göstərilən diqqət və səmimi münasibət məndə çox xoş təəssürat yaratdı. Mən, bir Qarabağ müharibəsi veteranı kimi qəbuldan çox razı qaldım.
Möhtərəm Prezident, həm Sizə, həm də Sizin tapşırıqlarınıza uyğun olaraq vətəndaşlara layiqli xidmət göstərən şəxslərə öz dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Xanlar Zeynalov,
Qarabağ müharibəsi veteranı
Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi.