logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

Text size icon-size icon-size

26 may 2026, 17:00

Hörmətli cənab Prezident.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə Sizə minnətdarlığımı və dərin ehtiramımı bildirirəm.

Bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə uğurla keçirilməsi Azərbaycanın dünyada artan siyasi nüfuzunun, dinamik inkişafının və Sizin müdrik, uzaqgörən rəhbərliyinizin parlaq təzahürü oldu.

Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrin Bakıda bir araya gəlməsi ölkəmizin beynəlxalq əməkdaşlıq və qlobal dialoq məkanı kimi xüsusi əhəmiyyətini bir daha nümayiş etdirdi.

Tədbirdə peşəkarlıq, yüksək qonaqpərvərlik, müasir infrastruktur və təhlükəsizlik mühit hər bir iştirakçıda Azərbaycana rəğbət və heyranlıq yaratdı. Bu forum həm də ölkəmizin şəhərsalma, davamlı inkişaf və innovativ idarəetmə sahəsində qazandığı nailiyyətlərin dünya ictimaiyyətinə təqdim olunmasına geniş imkan yaratdı.

Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar hər bir vətəndaşda qürur hissi doğurur. Əminik ki, belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi dövlətimizin nüfuzunu daha da yüksəldəcək və Azərbaycanın inkişaf yolunda yeni uğurlara təkan verəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin rifahı naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əfəndiyev Vəfadar

Azərbaycan Respublikası, Ağsu rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi