Samid Cəfərovdan, Şirvan, Azərbaycan
Text size
26 may 2026, 14:51
Möhtərəm cənab Prezident.
Şirvan şəhər sakinləri adından Sizə dərin ehtiramımızı bildirir, ölkəmizdə "Şəhərsalma İli" çərçivəsində həyata keçirilən genişmiqyaslı islahatlara görə minnətdarlığımızı çatdırırıq.
Sizin diqqətiniz sayəsində Şirvanda müasir infrastruktur qurulur, küçə və parklar yenidən qurulur, şəhərimiz sürətlə modernləşir. Bu quruculuq işləri hər birimizin rifahını yüksəldir və qəlbimizi qürurla doldurur.
Biz Sizə inanır, daim dəstəkləyir və gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Cəfərov Samid Hicran oğlu
Azərbaycan Respublikası, Şirvan şəhəri