Əməkdar jurnalistdən, Bakı, Azərbaycan
25 may 2026, 18:10
Hörmətli cənab Prezident,
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının növbəti mühüm göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın artıq regionun deyil, bütövlükdə daha geniş coğrafiyanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən biri olduğunu nümayiş etdirir.
Sizin rəhbərliyiniz ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, müasir infrastruktur layihələri və davamlı inkişaf strategiyası Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Ölkəmizdə müasir şəhərsalma yanaşmalarının tətbiqi, ekoloji dayanıqlılıq prinsiplərinin təşviqi və “Ağıllı şəhər” konsepsiyası bu sahədə əldə olunan uğurların əsas göstəricilərindəndir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri innovativ şəhərsalma modeli kimi beynəlxalq maraq doğurur və müasir urbanizasiya nümunəsi kimi diqqətlə izlənilir.
Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət nümayəndələrinin, ekspertlərin, beynəlxalq təşkilatların və şəhərsalma sahəsində fəaliyyət göstərən aparıcı qurumların iştirakı qlobal təcrübə mübadiləsi üçün mühüm imkanlar yaradıb. Bu tədbir eyni zamanda Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə sadiqliyini, insanyönümlü şəhər mühitinin formalaşdırılmasına verdiyi önəmi və gələcəyin şəhərlərinin qurulmasına dair baxışını bir daha əks etdirir.
Əminik ki, Forum çərçivəsində aparılan müzakirələr və irəli sürülən təşəbbüslər şəhərlərin daha dayanıqlı, inklüziv, təhlükəsiz və innovativ şəkildə inkişafına mühüm töhfə verəcək.
Hörmətlə
Rəşad Nəsirov,
Əməkdar jurnalist
Azərbaycan Respublikası, Bakı şəhəri