İzzət Rüstəmovdan, Bakı, Azərbaycan
25 may 2026, 18:30
Cənab Prezident!
Sizin rəhbərliyinizlə ərsəyə gəlmiş, dünyanın çoxsaylı rəhbərlərinin aparıcı şəhərsalma mütəxəssislərinin, BMT rəhbər şəxslərinin fəal iştirak etdiyi daha bir nüfuzlu tədbir – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası parlaq nəticələrlə başa çatdı. Bu forumda ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş əzəmətli quruculuq və şəhərsalma təcrübəsi yüksək qiymətləndirildi. Bu münasibətlə Sizi təbrik edir, minnətdarlığımı çatdırıram.
Ümidvar olduğumu bildirirəm ki, Sizin uğurlu diplomatik siyasi gedişləriniz dövlətimizə, xalqımıza bundan sonra da hələ çox başucalığı gətirəcəkdir.
Hörmətlə,
Rüstəmov İzzət Əşrəf oğlu,
Bakı Dövlət Universitetinin məsləhətçi-professoru, fəlsəfə elmləri doktoru, "Şöhrət" ordenli, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.