logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pərviz Vəliyevdən, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

25 may 2026, 17:47

Möhtərəm cənab Prezident!

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkəmizin hər bir yerində olduğu kimi Şirvan şəhərində də yüksək səviyyəli yenidənqurma, abadlaşma işləri görülür. Küçələrdə işıqlandırma sistemləri, yollar, kanalizasiya xətləri yenilənir.

Eyni zamanda, bu il ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçirilmişdir. Bütün bu sadalananlar Sizin müdrik siyasətinizin bariz nümunələridir.

Mən, Şirvan şəhər sakini kimi, Sizə dərin minnətdarlığımı bildirir, şərəfli yolunuzda daim uğurlar arzulayıram.

Hörmətlə,

Pərviz Vəliyev

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi