logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elvin Nəsirovdan, Astara, Azərbaycan

Text size icon-size icon-size

01 iyun 2026, 15:20

Hörmətli cənab Prezident!

Mən WUF13 – Ümumdünya Şəhər Forumu ilə bağlı paylaşımınızı böyük qürur və fəxr hissi ilə oxudum. Azərbaycanın daha bir mühüm qlobal tədbirə ev sahibliyi etməsi, təxminən 60 min iştirakçının qatıldığı və tarixdə ən böyük Ümumdünya Şəhər Forumu kimi yadda qalan WUF13-ün ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sonsuz dərəcədə sevindirdi.

COP29-dan sonra ölkəmizin növbəti dəfə dünyanın diqqət mərkəzində olması, Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinin bariz nümunəsidir. Bu uğurların təməlində Sizin uzaqgörən siyasətiniz, qətiyyətli rəhbərliyiniz və xalqımıza bağlılığınız dayanır.

Müharibə iştirakçısı olaraq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və quruculuq işlərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsini xüsusi qürur hissi ilə qarşılayıram. Vaxtilə işğaldan azad olunması uğrunda döyüşdüyümüz torpaqlarda bu gün müasir şəhərlərin və kəndlərin qurulması Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirir.

Sizin paylaşımınızda qeyd olunan kimi, Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti və digər mühüm nəticələr ölkəmizin qlobal proseslərdə nə qədər fəal və məsuliyyətli rol oynadığını bir daha sübut etdi. Bu gün Azərbaycan təkcə regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən biri kimi tanınır.

Cənab Prezident, biz Sizinlə, həyata keçirdiyiniz uğurlu dövlət siyasəti ilə, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə və Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzla fəxr edirik. Sizin rəhbərliyiniz altında Azərbaycan dünyada söz sahibi olan, güclü və nüfuzlu dövlətə çevrilmişdir. Bu nailiyyətlər hər bir Azərbaycan vətəndaşında olduğu kimi məndə də böyük qürur hissi yaradır.

Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında daim inkişaf etsin, daha böyük nailiyyətlər qazansın və üçrəngli bayrağımız dünyanın ən mötəbər tribunalarda daim yüksəklərdə dalğalansın.

Dərin hörmət və ehtiramla,

Nəsirov Elvin Eynulla oğlu,

Aprel döyüşləri və İkinci Vətən müharibəsinin iştirakçısı

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi