logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nigar Mövsümovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 may 2026, 15:51

Zati-aliləri cənab İlham Əliyev!

WUF13 tədbiri ilə bağlı Sizə dərin minnətdarlığımı bildirirəm. Tədbirin yüksək səviyyədə təşkili, Azərbaycanın beynəlxalq nüfuzunun bir daha nümayiş etdirilməsi və dünya ictimaiyyətinə verilən mühüm mesajlar böyük qürur hissi yaratdı.

Xüsusilə açılış mərasimində etdiyiniz çıxış olduqca təsirli və məzmunlu idi. Çıxışınızda səsləndirdiyiniz fikirlər Azərbaycanın inkişaf yolunu, ölkəmizin humanist və müasir dəyərlərə sadiqliyini aydın şəkildə nümayiş etdirdi. Sizin çıxışınızı böyük maraq və heyranlıqla izlədim.

Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və ölkəmizin dünyada nüfuzunun daha da artması hər bir vətəndaş kimi məni də sevindirir və qürurlandırır.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Nigar Mövsümova

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi