Bəxtiyar Əzizov və Arif Səfərovdan, Şirvan, Azərbaycan
25 may 2026, 12:50
Hörmətli cənab Prezident,
Sizin tapşırıqlarınıza əsasən ölkəmizdə aparılan və bizim Şirvan şəhərini də əhatə edən abadlıq-yenidənqurma işləri bütün sakinlər tərəfindən rəğbətlə qarşılanır. Genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhərimizdə küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla həyata keçirilir.
Şəhərin zahiri görkəminin müasirləşməsi və gözəlləşməsi, şəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə görülən işlər çərçivəsində yaşadığımız Gülbala Şıxbalaoğlu küçəsi də abadlaşdırılıb. Küçəmizdə müxtəlif növ həmişəyaşıl, gül və bəzək kolları əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, təmizlik işləri aparılmışdır.
Sizin xidmətləriniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sizə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
Əzizov Bəxtiyar,
Səfərov Arif.
Azərbaycan Respublikası, Şirvan şəhəri