Əmir İmanovdan, Naxçıvan, Azərbaycan
Text size
25 may 2026, 11:38
Hörmətli cənab Prezident,
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycanın qazandığı tarixi qələbələr və dinamik inkişaf hər birimizdə sonsuz fəxr hissi yaradır.
Xüsusilə gənclərin savadlı yetişməsi və onların potensialının reallaşması üçün yaratdığınız şərait gələcəyə atılan ən böyük addımdır.
Bizə göstərdiyiniz bu ali etimad, dövlət qayğısı və dəstək hər zaman yolumuzu işıqlandırır.
Ölkəmizin qüdrətlənməsi naminə göstərdiyiniz fədakar xidmətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
İmanov Əmir
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri