logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pərviz Məmişovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

22 may 2026, 17:47

Çox hörmətli cənab Prezident,

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ölkəmizdə uğurla keçirilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Yürütdüyünüz daxili və xarici siyasətiniz daim Azərbaycanın inkişafına xidmət edib. Media nümayəndəsi olaraq bu yolda Sizə daha böyük uğurlar arzulayırıq.

Şəhərsalma və memarlıq sahəsində gördüyünüz işlər ölkəmizdən kənarda da qiymətləndirilmişdir. Bu mötəbər tədbirə uğurla ev sahibliyi etməyimiz Sizin müdrik siyasətinizin və Azərbaycanın beynəlxalq arenadakı yüksək nüfuzunun növbəti göstəricisidir.

Cənab Prezident Sizə WUF 13-də iştirak etmiş bir media nümayəndəsi olaraq dövlətimizin tərəqqisi naminə ali fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmişov Pərviz, “XəbərEkspress.com” İnformasiya Portalının Baş direktorunun müşaviri

Azərbaycan Respublikası, Bakı şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi