logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fuad Hacıyev və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

20 may 2026, 15:47

Möhtərəm cənab Prezident,

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətə, həmçinin bizim əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2026-cı il 7 may tarixli Sərəncamınız da bu qayğının növbəti təzahürüdür. Bu sərəncamda adımızı gördükdə sözlə ifadə edilməyəcək qədər xoş hisslər yaşadıq.

Cənab Prezident, Uca Tanrı hər zaman Sizi sevindirsin.

Hörmətlə,

Fuad Hacıyev, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestrinin artisti, Əməkdar artist,

Almaz Orucova, Ansamblın xor artisti, Əməkdar artist,

Ceyhun Qubadov, Ansamblın baletmeysteri, Əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi