logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Samir Cəfərovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

21 may 2026, 15:44

Hörmətli cənab Prezident,

Azərbaycan xalqının rifahı, dövlətimizin güclənməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artması istiqamətində həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyiniz dövründə ölkəmizdə əldə olunan böyük inkişaf, sabitlik, sosial rifah və iqtisadi tərəqqi hər bir Azərbaycan vətəndaşı kimi bizim də fəaliyyətimizə ruh yüksəkliyi və inam bəxş edir. Sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə fəaliyyət göstərən şirkətlər, o cümlədən daşınmaz əmlak sahəsində çalışan kollektivlər öz işlərini daha məsuliyyətlə və uğurla davam etdirirlər.

Xalqımıza verdiyiniz töhfələrə, göstərdiyiniz xidmətlərə görə Sizə dərin ehtiramımızı ifadə edirik. Dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması və Azərbaycanın daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz bütün işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Xüsusilə qeyd etmək istəyirik ki, Sizin uzaqgörən siyasətiniz və güclü liderliyiniz nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Bu uğurlar hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.

“Lord Əmlak” daşınmaz əmlak agentliyinin bütün əməkdaşları adından Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Ən səmimi təşəkkür və xüsusi ehtiramla,

Cəfərov Samir Rəhim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi