logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəhla İbrahimova və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

21 may 2026, 12:45

Hörmətli cənab Prezident,

Siz Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirirək mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşırsınız. Sizin sayənizdə Azərbaycanda mədəniyyət sahəsində siyasət çox düzgün qurulmuşdur. Bunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Azərbaycanda mədəniyyət işçilərinin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır, respublikanın mədəniyyət həyatında seçilən şəxslər fəxri adlara, dövlət mükafatlarına layiq görülürlər.

Mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında sərəncamları mədəniyyətimizə olan diqqətdir. İmzaladığınız hər bir sərəncam mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsinə yönəlmişdir. Bu gün ölkədə mədəniyyət və incəsənət xadimlərinə böyük dövlət qayğısı vardır. Buna görə biz Sizinlə qürur duyuruq.

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz qayğı və diqqətiniz sayəsində bizim əməyimizi yüksək qiymətləndirərək verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İbrahimova Şəhla, Xalq artisti,

Mustafayev Arzu, Əməkdar artist,

Həsənov Zaman,

Quliyev Kamran, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin artistləri.

Azərbaycan Respublikası, Bakı şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi