Bəhrəm Nəcəfovdan, Qubadlı, Azərbaycan
20 may 2026, 16:55
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin 2003-cü ildən sonra Sizin tərəfinizdən bütün sahələr üzrə uğurla inkişaf etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Zati-alinizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizə – keçmiş məcburi köçkünlərə göstərdiyiniz hərtərəfli diqqət və qayğı bizi daim ruhlandırır.
Hörmətli cənab Prezident, doğma torpaqlarımızın azad olunması üçün ortaya qoyduğunuz qətiyyətli mövqe bütün xalqımız kimi, bizi – Qubadlı rayon sakinlərini də çox qürurlandırdı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Cənab Prezident, Qubadlı rayonunun sakinlərinin müraciətlərinin vaxtlı-vaxtında araşdırılması, lazımi köməklik və dəstək göstərilməsi bizi çox sevindirir. Sizin tapşırıq və tövsiyələrinizə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Yüksək etimada, düzgün kadr islahatlarınıza görə Sizə bir daha dərin təşəkkürümüzü bildirmək istəyərdik.
Qubadlı rayon sakinləri adından hörmətlə,
Bəhrəm Nəcəfov
Azərbaycan Respublikası, Qubadlı rayonu.