Şəhla Balayevadan, Göygöl, Azərbaycan
20 may 2026, 16:30
Möhtərəm cənab Prezident!
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakınız, həmişə olduğu kimi mühüm məqamlarla yadda qalan çıxışınız hər birimizi qürurlandırır. Bu gün müstəsna xidmətləriniz sayəsində türk birliyi ideyası reallığa çevrilib. Məhz Sizin təşəbbüsünüzlə TDT Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün türk dünyasının qədim şəhəri Şuşada baş tutması ölkəmizin təşkilatın güclənməsinə və onun funksionallığının artmasına verdiyi töhfələrin bariz nümunəsidir.
Görüş çərçivəsində Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirakınız, türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunmasına verdiyiniz dəstək, gənclərimizin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsində mühüm rol oynayır.
Hörmətli cənab Prezident!
Sizə türk dünyasının həmrəyliyi, ölkəmizin hərtərəfli inkişafı naminə həyata keçirdiyiniz davamlı fəaliyyətinizdə uğurlar arzulayırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın daha böyük uğurlara imza atacağına əminik.
Uca Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Şəhla Balayeva,
Göygöl şəhəri 6 nömrəli tam orta məktəbin tarix müəllimi.
Azərbaycan Respublikası, Göygöl şəhəri.