logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elmar Qarayevdən, Samux, Azərbaycan

Text size icon-size icon-size

19 may 2026, 19:05

Hörmətli cənab İlham Əliyev!

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanın qlobal urbanizasiya və dayanıqlı inkişafın mərkəzinə çevrilməsi Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" və "ağıllı şəhər" prinsipləri ilə yenidən qurulması modelinin dünyaya təqdim edilməsi hər birimizdə böyük qürur hissi oyatdı.

Ölkəmizin beynəlxalq nüfuzunu ucaldan bu müstəsna fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Elmar Qarayev

Azərbaycan Respublikası, Samux şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi