Çinarə Orucovadan, Bakı, Azərbaycan
Text size
19 may 2026, 15:22
Cənab Prezident,
Ölkəmizdə əhalinin rifahının yüksəldilməsi, insanların məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər hər bir vətəndaş tərəfindən el-oba içində hər zaman təqdir olunur. Belə tədbirlərdən biri də özünüməşğulluq proqramıdır. Mən də özünüməşğulluq proqramından yararlanaraq bacarığıma uyğun sahə üzrə dəstək almışam, mənə dərzilik fəaliyyəti üçün lazım olan avadanlıqlar təqdim edilmişdir. Bunun sayəsində öz işimi qurmaq imkanı əldə etmişəm.
Sizə sonsuz təşəkkür edirəm.
Hörmətlə,
Çinarə Orucova
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.