logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əbülfəz Axundovdan, Lənkəran, Azərbaycan

Text size icon-size icon-size

14 may 2026, 17:22

Möhtərəm cənab Prezident!

Teatr sənətinin inkişafındakı xidmətlərimi nəzərə alaraq məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Siz xalqımızın tarixinə, mədəniyyətinə böyük diqqət və qayğı göstərir, mədəniyyət və incəsənət xadimlərini böyük uğurlara ruhlandırırsınız. Bir neçə gün əvvəl imzaladığınız “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncam məni həm sevindirdi, həm də gələcək uğurlara səslədi.

Bu əvəzolunmaz sevinc hissini mənə yaşatdığınız üçün Sizə bir daha minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Əbülfəz Axundov,

Lənkəran Dövlət Dram Teatrının aktyoru

Azərbaycan Respublikası, Lənkəran şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi