Tasmalı kənd sakinlərindən, Qax, Azərbaycan
13 may 2026, 19:01
Hörmətli cənab Prezident.
Qax rayonunun Tasmalı kənd sakinləri adından Sizə ən səmimi minnətdarlığımızı və dərin təşəkkürümüzü çatdırırıq.
Kəndimizdə yerləşən körpələr evi-uşaq bağçasının əsaslı təmir olunaraq yenidən istifadəyə verilməsi hər birimizi ürəkdən sevindirmiş, bizdə böyük qürur və fərəh hissi yaratmışdır. Bu gün kəndimizin övladları artıq daha işıqlı, daha rahat və təhlükəsiz bir mühitdə böyüyərək, gələcəyə daha inamla addımlayacaqlar.
Bu qayğı və diqqət bizim üçün sadəcə bir tikili deyil, bu, gələcəyimizə verilən dəyərin, uşaqlarımıza göstərilən sevginin və kəndimizə olan diqqətin parlaq nümunəsidir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu cür layihələr biz kənd sakinlərinə daim dövlətimizin yanımızda olduğunu hiss etdirir.
Tasmalı kəndində görülən bu işlər hər birimizin qəlbində böyük minnətdarlıq hissi yaratmışdır. Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkür edir, Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Dərin ehtiram və sonsuz minnətdarlıqla,
Kərimova Brilyant Həsən qızı,
Qurbanova Gözəl Qürbət qızı,
Şahmərdanova Billurə Fikrət qızı,
Kərimova Yeganə Zahid qızı,
Arazova Təranə Ədhəm qızı və başqaları (18 nəfər).
Azərbaycan Respublikası, Qax гауоnu, Tasmalı kəndi.