logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Text size icon-size icon-size

13 may 2026, 17:41

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırır.

Sizin Ali Baş Komandanlığınız və qətiyyətli rəhbərliyiniz sayəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu müqəddəs yolda canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Azərbaycan xalqı hər zaman onların qəhrəmanlığını böyük ehtiramla yad edəcəkdir.

Mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak etməyiniz, sakinlərlə səmimi görüş keçirməyiniz, Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışını etməyiniz və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında aparılan işlərlə tanış olmağınız işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafının və dövlətimizin vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu layihələr doğma torpaqlarımıza həyatın yenidən qayıtdığını və bölgədə müasir infrastrukturun formalaşdırıldığını bir daha nümayiş etdirir.

Cənab Prezident, dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə göstərdiyiniz yüksək xidmətlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Uca Allah Sizi qorusun və daim yardımçınız olsun.

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi