Ruslan Səlimov və İrina Mehdiyevadan, Bakı, Azərbaycan
13 may 2026, 18:22
Möhtərəm cənab Prezident,
Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətinizin növbəti təzahürü olan “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2026-cı il 7 may tarixli Sərəncamınıza görə Sizə bütün sənət adamları adından dərin minnətdarlığımızı bildiririk.
Bu sərəncamda bizim də adımız vardır. Əməyimizin qiymətləndirilməsi bizə ilham verir, yeni səhnə uğurları üçün həvəs mənbəyinə çevrilir. Biz Sizin qayğınızı hər zaman çox yüksək qiymətləndiririk.
Cənab Prezident, əməyimizə verdiyiniz yüksək dəyərə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Azərbaycan Sizinlə çox güclüdür.
Hörmətlə,
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin üzvləri:
Ruslan Səlimov, Əməkdar artist,
İrina Mehdiyeva
Azərbaycan Respublikası, Bakı şəhəri.