Mətanət Eresdən, Bakı, Azərbaycan
13 may 2026, 17:05
Möhtərəm cənab Prezident!
Azərbaycan mədəniyyətinə və incəsənətinə, həmçinin sənət adamlarına göstərdiyiniz daimi qayğı və diqqət bu sahələrin inkişafı üçün mühüm rol oynayır. Bu daimi diqqətdən mənə də pay düşmüşdür. Sizin 2026-cı il 7 may tarixli sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməyim qəlbimi sevindirdi. Çalışacağam ki, xalqımızı və sənətsevərləri öz işimlə, yaradıcılıq uğurlarımla sevindirim, Azərbaycan mədəniyyətinə yeni töhfələr verim.
Cənab Prezident, teatr və kino fəaliyyətimə verdiyiniz dəyərə, işimi Prezident mükafatı ilə qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirəm.
Hörmətlə,
Mətanət Eres,
Şuşa Dövlət Musiqili Dram Teatrının artisti
Azərbaycan Respublikası, Bakı şəhəri.