Asim Məmmədovdan, Mingəçevir, Azərbaycan
Text size
12 may 2026, 17:00
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Mənə etimad göstərib Prezident mükafatına layiq gördüyünüz üçün Sizə təşəkkür edirəm.
Bu mükafatın mənim üçün böyük mənəvi dəyəri vardır. Teatr səhnəsində oynadığım rolların qiymətləndirilməsi məni yeni yaradıcılıq uğurlarına səsləyir, mənə böyük güc və həvəs bəxş edir. Çalışacağam bu etimadı layiqincə doğruldum və yeni səhnə uğurları qazanım.
Hörmətlə,
Asim Məmmədov,
Mingəçevir Dövlət Dram Teatrının aktyoru
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.