Rəşad Əhmədzadədən, Bakı, Azərbaycan
12 may 2026, 12:12
Möhtərəm cənab Prezident!
“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamınıza əsasən Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları - Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin, aktyorlar Sərıyyə Mansurova və Cavid İbrahimovun mükafata layiq görülməsi xəbəri kollektivimiz tərəfindən böyük sevinc, qürur və sonsuz minnətdarlıq hissi ilə qarşılanmışdır.
95 illik zəngin yaradıcılıq yolu keçmiş Azərbaycan Dövlət Kukla Teatrının sənətçilərinə göstərilən bu alı diqqət və yüksək qiymət kollektivimiz üçün olduqca dəyərlidir. Bu, yalnız təltif olunan sənət adamlarına deyil, bütövlükdə teatrımıza, onun keçdiyi sənət yoluna, milli mədəniyyətimizin inkişafına xidmət edən yaradıcı insanlara verilən böyük dəyərin və etimadın bariz ifadəsidir. Sızın rəhbərliyinizlə ölkəmizdə mədəniyyətə, incəsənətə və sənət adamlarına göstərilən davamlı dövlət qayğısı teatr kollektivlərini yeni yaradıcılıq uğurlarına ruhlandırır, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətimizi daha da məsuliyyətli edir.
Sənət adamlarına göstərdiyiniz yüksək diqqət və qayğıya, milli mədəniyyətimizin inkişafına verdiyiniz misilsiz töhfələrə görə Azərbaycan Dövlət Kukla Teatrının kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Rəşad Əhmədzadə,
Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikası, Bakı şəhəri.