logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

Text size icon-size icon-size

10 may 2026, 12:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.

“PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı yeni hotelin təməlini qoydu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi