Şəhid övladından, Zərdab, Azərbaycan
08 may 2026, 19:00
Hörmətli cənab Prezident,
Sizə dərin hörmət və ehtiramımı bildirmək istəyirəm. Bir vətəndaş və şəhid övladı olaraq, Sizin fəaliyyətinizi daim diqqətlə izləyir və qürur hissi keçirirəm. Həqiqətən də, Ulu Öndər Heydər Əliyev kimi dahi və əvəzsiz bir şəxsiyyətin övladı olmaq böyük bir şərəfdir. İnanıram ki, Allah Sizi çox sevib ki, Sizə belə bir ata nəsib edib. Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri hər zaman yaddaşlardadır və Siz bu şərəfli yolu uğurla davam etdirirsiniz.
Mən bir şəhid övladı olaraq, həm atanızla, həm də Sizinlə qürur duyuram. Dövlətimizə və xalqımıza göstərdiyiniz diqqət və qayğı üçün Sizə təşəkkür edir, fəaliyyətinizdə daim uğurlar arzulayıram.
Allah Sizi və Azərbaycanımızı qorusun.
Hörmətlə,
Rafail Cəfərov,
şəhid övladı
Azərbaycan Respublikası, Zərdab şəhəri.