logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Təranə Vəliyevadan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

08 may 2026, 16:43

Möhtərəm cənab Prezident!

Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-cl Zirvə toplantısına videoformatda qoşularaq nümayiş etdirdiyiniz prinsipial mövqe və qətiyyətli çıxışınız dövlətimizin milli maraqlarını hər platformada qətiyyətlə müdafiə etməyinizin və diplomatik idarənizin sarsızmazlığının bariz ifadəsidir. Çıxışınız zamanı səsləndirdiyiniz fikirlər regionda dayanıqlı sabitliyin və qarşılıqlı etimad mühitinin formalaşmasına mühüm töhfə verir. Konstruktiv dialoq, əməkdaşlıq və beynəlxalq hüquqa sadiqlik Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir. Bu uğurlar dövlətçilik tariximizin ən əlamətdar və yadda qalan səhifəsindən biri kimi qiymətləndirilir.

Xalqımızın haqq səsini daim ucaltmağınız hər bir vətəndaşda qürur hissi doğurur. Sizinlə fəxr edirik, qürur duyuruq. Sizə uğurlar arzulayır, dövlətimizin qüdrətlənməsi naminə fəaliyyətinizdə nailiyyətlər diləyirik.

Uca Allah Sizi və dövlətimizi qorusun.

Hörmət və minnətdarlıqla,

Vəliyeva Təranə Teymur qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi