Balakişi Xudiyev və başqalarından, İsmayıllı, Azərbaycan
07 may 2026, 14:00
Möhtərəm cənab Prezident!
Sizin sərəncamlarınız və tükənməz qayğınız əsasında respublikamızın bütün bölgələri ilə birgə İsmayıllı rayonu da tikilir, qurulur, yeniləşir, insanların sosial həyatı zənginləşir. Bütün bunlardan qürur duyaraq, təşəkkür edərək bildiririk ki, bu günlərdə Sizin sərəncamınıza uyğun olaraq İsmayıllı şəhərinin Cavanşir küçəsində çoxmənzilli yaşayış binalarının həyətində “Sağlam məhəllə” layihəsi həyata keçirilib. Futbol, basketbol meydançaları, idman qurğuları istifadəyə verilib.
İsmayıllı gənclərinin, övladlarımızın, nəvələrimizin sağlamlıq həyatına bəxş etdiyiniz bu hədiyyəyə görə Sizə minnətdarlığımızı, ehtiramımızı bildirir, möhkəm cansağlığı, ölkə həyatının bütün istiqamətlərində yeni-yeni qələbələr arzulayırıq.
Hörmət və ehtiramla,
“Sağlam məhəllə”nin sakinləri adından,
Balakişi Xudiyev
Tahir Rəcəbov
Dursun İsmayılova
Vüsal Abdullayev
Maya Eminova
Gülər Abdullayeva
Vüsal Manafov
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.