logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Uğur Hüseynovdan, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

06 may 2026, 14:38

Çox hörmətli cənab Prezident!

Sizi dərin hörmət və ehtiramla salamlayıram.

Son dövrlərdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması, ölkəmizin qlobal siyasi və iqtisadi münasibətlər sistemində mühüm mövqe tutması hər bir vətəndaş kimi məni də qürurlandırır. Xüsusilə, İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinin bariz nümunəsidir.

Bu səfər çərçivəsində aparılan müzakirələr, imzalanan razılaşmalar və verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan artıq regionda sabitliyin və əməkdaşlığın əsas təminatçılarından birinə çevrilmişdir. Xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da gücləndirir.

Hörmətli cənab Prezident, Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan bu gün dünyanın diqqət mərkəzində olan, etibarlı tərəfdaş kimi tanınan bir dövlətə çevrilmişdir. Ölkəmizə göstərilən bu yüksək etimad və artan maraq Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

Bir gənc vətəndaş olaraq əldə olunan bu nailiyyətlər məni daha da ruhlandırır və ölkəmizin gələcəyinə olan inamımı artırır. Əminəm ki, Azərbaycanın beynəlxalq arenadakı mövqeyi bundan sonra da möhkəmlənəcək və yeni uğurlarla zənginləşəcəkdir.

Dərin hörmət və ehtiramla,

Hüseynov Uğur İlqar oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi