İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur
15 sentyabr 2010, 21:23
“Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə söhbət açıldı.
Ölkələrimiz arasında enerji sahəsində, həmçinin Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” layihəsinin inkişaf etdirilməsinə dair Türkiyə ilə əməkdaşlıq və regional məsələlər müzakirə olundu.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında yaradılacaq yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının əlaqələrimizin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu.