logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İkinci Qarabağ müharibəsinin iştirakçısından, Astara, Azərbaycan

Text size icon-size icon-size

07 may 2026, 15:01

Zati-aliləri cənab Prezident,

Mayın 1-də Sizin, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinizlə birlikdə Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etməyiniz bir daha sübut etdi ki, ölkəmizin inkişafı, paytaxtımızın abadlaşdırılması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və vətəndaşların rahat yaşayışı daim diqqət mərkəzinizdədir.

Bu cür genişmiqyaslı quruculuq və abadlıq işləri Zati-alilərinin müdrik və uzaqgörən siyasətinin bariz nəticəsidir. Bakı şəhərinin daha müasir görkəm alması, yolların yenilənməsi və şəhər sakinlərinin rahatlığının təmin olunması hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir və qürurlandırır.

Mən, Astara rayon Ərçivan qəsəbəsinin sakini, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olaraq, ölkəmizdə aparılan bu möhtəşəm quruculuq siyasətinə görə Zati-alilərinizə dərin təşəkkürümü bildirirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, Azərbaycanımızın Sizin rəhbərliyiniz altında daha da qüdrətlənməsini diləyirəm.

Dərin hörmət və ehtiramla,

Nəsirov Elvin Eynulla oğlu,

Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin iştirakçısı

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi