logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Samirə Namazovadan, Samux, Azərbaycan

Text size icon-size icon-size

04 may 2026, 18:00

Möhtərəm cənab Prezident!

Mən, bir bölgə sakini olaraq, paytaxtımızda, xüsusən İslam Səfərli küçəsində həyata keçirilən möhtəşəm yenidənqurma işlərini böyük qürurla izləyirəm. Bakının müasirləşən siması biz rayon sakinlərini də hədsiz sevindirir. Bu abadlıq yalnız paytaxtla məhdudlaşmır; Sizin rəhbərliyinizlə respublikamızın hər bir guşəsi, ən uzaq kəndlərimiz belə eyni diqqət və qayğı ilə yenidən qurulur.

Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizə bəxş etdiyiniz bu intibah və inkişaf yolunda davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Samirə Namazova

Azərbaycan Respublikası, Samux şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi