Şəhid ailələrinin üzvlərindən, Cəlilabad, Azərbaycan
04 may 2026, 17:05
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qazanılan tarixi Zəfər, xalqımızın qürur və şərəf mənbəyidir. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Sizin "Dəmir yumruq" ətrafında birləşən xalqımıza, xüsusilə də şəhidlərimizin müqəddəs xatirəsinə verdiyiniz ali dəyər bizim üçün ən böyük təsəllidir.
Biz şəhid ailələri və yaxınları olaraq, dövlətimizin bizə göstərdiyi davamlı diqqət və qayğını, sosial rifahımızın yaxşılaşdırılması istiqamətində atılan addımları hər zaman hiss edirik. Şəhidlərimizin qanının yerdə qalmaması, torpaqlarımızın azad olunması və şəhid ailələrinə göstərilən həssas münasibət Sizin humanist siyasətinizin və milli dəyərlərimizə sadiqliyinizin bariz nümunəsidir.
Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanın daha da çiçəklənməsi yolundakı ali fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Dərin hörmət və minnətdarlıqla,
Şəhid atası Quliyev Natiq
Şəhid atası Şükürov Davud
Şəhid atası Ağabalayev Nadir
Şəhid qardaşı Cəfərov Elçin
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.