logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nezir Altunbaşdan, İğdır, Türkiyə

Text size icon-size icon-size

01 may 2026, 15:16

Hörmətli cənab Prezident,

İğdırdan Sizə salam və ehtiramımı yollayır, hörmətlə əllərinizdən öpürəm.

Mən İğdırda rəhmətlik atanızın adına qurulan Heydər Əliyev Fənn Liseyində oxuyuram və bu məktəbin şagirdi olmaqdan qürur duyuram.

Bu yaxınlarda “Novruz və Sənət” adlı layihəmiz ilə TÜBİTAK yarışmasında bölgə üzrə 1-ci olduq, Azərbaycanın Novruz mədəniyyətini nümayiş etdirdik. Eyni zamanda biz – Naxçıvan və İğdırdan olan 40 şagird Çanaqqalada olduq. Azərbaycanlı gənclərlə qaynayıb-qarışdıq.

İğdırda Azərbaycan Evini tez-tez ziyarət edirəm və Azərbaycan mədəniyyətini öyrənirəm. İğdırda Azərbaycan Evini açdığınız üçün Sizə minnətdaram.

Hörmətlə,

Nezir Altunbaş

Türkiyə Respublikası, İğdır şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi