Cavid Əsgərovdan, Göygöl, Azərbaycan
01 may 2026, 16:49
Salam, möhtərəm Prezidentimiz cənab İlham Əliyev,
Ölkəmizdə idmanın inkişafına göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan həm idman sahəsində, həm də digər istiqamətlərdə böyük nailiyyətlər əldə edir, ən mötəbər yarışlarda ölkəmizin bayrağı ucalır, himni səslənir. Bu xoş mənzərələr vətəndaşlara iftixar və sevinc hissi bəxş edir.
Cənab Prezident, göstərdiyiniz bu diqqət və qayğı biz idmançıları daha böyük uğurlara ruhlandırır və biz də öz növbəmizdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etmək üçün bütün gücümüzlə çalışmağa davam edirik. Göygöl rayonunda fəaliyyət göstərən idmançılar da son illərdə müxtəlif respublika və beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edərək, yüksək nailiyyətlər qazanmış, rayonumuzun və ölkəmizin adını layiqincə təmsil etmişlər. Gənc idmançılar arasında idmana maraq artmış, yeni nailiyyətlər üçün möhkəm təməl formalaşmışdır.
Sizə möhkəm can sağlığı, gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Uca Tanrı dövlətimizi və Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Cavid Əsgərov,
Aşihara Karate İdman Klubunun rəhbəri
Azərbaycan Respublikası, Göygöl şəhəri.