logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rüstəm Məmmədovdan, Biləsuvar, Azərbaycan

Text size icon-size icon-size

01 may 2026, 13:40

Möhtərəm cənab Prezident,

Son illərdə yaşadığımız Zəfər dolu günlər, əldə olunan davamlı uğurlar, nailiyyətlər, qazanılan mükafatlar sevincimizə sevinc qatır, bizdə daha parlaq gələcəyə böyük inam formalaşdırır. Sizin sayənizdə bu gün Qarabağda, Şərqi Zəngəzurda top-tüfəng səsi yox, muğam səsi, bülbül nəğməsi eşidilir, daha analar övlad itkisinə görə fəryad çəkmir, övladını sülh və tərəqqi içində gələcəyə səsləyir. Bu bölgədə sülhü də, inkilşaf yollarını da Siz müəyyən edirsiniz. Bu istiqamətdə göstərdiyiniz fəaliyyətə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz görülən misilsiz işlərə verilən yüksək dəyər, göstərilən beynəlxalq münasibətdir.

“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Uğurlarınız bol olsun, cənab Prezident!

Hörmətlə,

Rüstəm Məmmədov

Azərbaycan Respublikası, Biləsuvar rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi