Mirqabil Hüseynov və Əlihüseyn Şükürovdan, Masallı, Azərbaycan
01 may 2026, 12:00
Cənab Ali Baş Komandan,
Çoxsaylı Masallı camaatı adından Sizi "Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Bu nüfuzlu mükafat Sizin uzaqgörən siyasətinizin, regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz xidmətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. Çox böyük qürur və minnətdarlıqla, fərəhlə qeyd etmək istəyirik ki, illər uzunu sülhün, əmin-amanlığın qorunması üçün yorulmadan çalışan dövlət başçımız bu gün dünyada insan qardaşlığını, qarşılıqlı hörməti və tolerantlığı irəli aparan şəxsiyyətlərə verilən bu mötəbər mükafata layiq bilinənlər arasındadır.
Möhtərəm Azərbaycan Prezidenti, təkcə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına görə yox, dünyada sülhün tərəfdaşı və təşəbbüsçüsü kimi Sizə təqdim olunan həmin mükafat doğma Vətənimizin həm regionda, həm də beynəlxalq müstəvidə sülh quruculuğu prosesində artan roluna verilən yüksək qiymətdir.
Çox hörmətli Prezident, nüfuzlu mükafatlarla bundan sonra da təltif olunmağınız diləyi ilə Sizə möhkəm cansağlığı, Azərbaycanımızın daha da yüksəlişi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayır. Xalqımıza, Sizə və ailənizə, övladlarınıza indikindən də artıq xoş güzəran, mehriban çağlar arzulayırıq.
Həmişə ucadasınız! Çünki, xalq Sizə inanır.
Hörmətlə,
Hüseynov Mirqabil Mirhüseyn oğlu,
Şükürov Əlihüseyn Məmmədhüseyn oğlu
Azərbaycan Respublikası, Masallı şəhəri.