Sahibə Abdullayevadan, İsmayıllı, Azərbaycan
30 aprel 2026, 18:55
Hörmətli cənab Prezident İlham Əliyev!
Sizi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Bu yüksək mükafat Sizin Azərbaycan dövlətinin inkişafı, xalqımızın rifahı, beynəlxalq sülh və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz böyük xidmətlərə verilən yüksək qiymətin bariz nümunəsidir. Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə inkişaf edir, dünya birliyində mövqeyi daha da möhkəmlənir və yeni uğurlara imza atır.
Bu əlamətdar hadisə münasibətilə bir daha Sizi səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
İsmayıllı rayon mədəniyyət işçiləri adından,
Sahibə Abdullayeva, “Tərəqqi” medallı, Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.