logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İbrahim Məmmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

30 aprel 2026, 17:12

Hörmətli cənab Prezident.

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə təbrik edirəm.

Bu beynəlxalq mükafat Sizin humanizmə, sülhə, qarşılıqlı hörmətə və dialoqa sadiqliyinizin tanınmasıdır. Artıq bütün dünya bilir ki, Azərbaycan Lideri münaqişələrdə ədalət, münasibətlərdə qarşılıqlı etimad və idarəetmədə uzaqgörənlik prinsipinə əsaslanır.

Cənab Prezident, Sizin sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü siyasət regionda təhlükəsizlik mühitinin möhkəmlənməsinə zəmin yaradır. Sizin müdrik və uzaqgörən rəhbərliyiniz təkcə Azərbaycanın deyil, bütövlükdə regionun sabit, firavan və gələcəyə ümidlə baxan bir məkana çevrilməsinə xidmət edir.

Cənab Prezident, Sizi bir daha mötəbər beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı dövlətimiz və xalqımız naminə həyata keçirdiyiniz bütün fəaliyyətlərdə davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov İbrahim

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi