logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vaqif Şadlinski və Mübariz Allahverdiyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

30 aprel 2026, 16:10

Hörmətli cənab Prezident!

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı diləyir, beynəlxalq aləmdə sülhün təntənəsi naminə apardığınız yorulmaz mübarizədə yeni nailiyyətlər arzulayırıq.

Sizə verilən bu mükafat bir Azərbaycan övladı kimi bizi ürəkdən sevindirir, yeni nailiyyətlərə ruhlandırır. Sizin dünyada sülhün bərqərar olması naminə apardığınız qətiyyətli mübarizəniz dünyanın bütün ölkələri tərəfindən alqışlanır və təqdir edilir. Beynəlxalq aləmdə davamlı sülh və barışıq uğrunda əldə etdiyimiz nailiyyətlər daxili aləminizin və mentalitetinizin heyranedici zənginliklərindən irəli gələn səmimiyyətinizin dünyəvi göstəricilərinin nəticələrindən olması danılmaz həqiqətlərdəndir. Gernika və onun timsalında da Xocalı soyqırımı kimi kütləvi qırğınların gələcəkdə bəşər tarixində təkrar baş verməməsi üçün sülhün dayaqlarını hərtərəfli möhkəmləndirməyə zəmin yaratmağınızın yeganə qurtuluş vasitəsi olduğu hamıda nikbinlik duyğuları yaradır. Sülhə səs vermək Sizin amalınız, Sizin qayənizdir.

Bu işıqlı və nurlu sülh yollarında Sizə tükənməz uğurlar arzulayırıq. Sizinlə fəxr edir, qürurlanırıq.

Səmimi hörmət və ehtiramla,

Vaqif Şadlinski, "Şöhrət" ordenli, akademik, əməkdar elm xadimi,

Mübariz Allahverdiyev, Birinci Qarabağ müharibəsi veteranı, professor, əməkdar müəllim

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi