logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəxtiyar Əzizov və Arif Səfərovdan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

30 aprel 2026, 15:43

Möhtərəm cənab Prezident,

Şirvan şəhərinin “Köhnə şəhər” adı ilə tanınan mərkəzi küçələrində, o cümlədən şəhərin ilk küçələrindən biri olan, müstəqillik illərində qocaman sakinlərimizdən birinin adının verildiyi Gülbala Şıxbalaoğlu küçəsində aparılan bərpa-quruculuq işlərini sakinlər böyük sevinc hissi ilə qarşılamışlar. Evlərin fasadlarının və dam örtüklərinin əsaslı yeniləşdirilməsi işləri də sakinlərin diqqətini çəkən, şəhərin estetik görünüşünə əhəmiyyətli töhfə verən işlərdir.

Möhtərəm Prezidentimiz, Şirvan şəhərinin sosial-iqtisadi inkişafı planının bir hissəsi olan bu layihə, eləcə də ölkəmizdə aparılan möhtəşəm quruculuq və abadlıq işlərinə görə Sizə minnətdarıq.

Gülbala Şıxbalaoğlu küçəsinin sakinləri adından hörmətlə,

Bəxtiyar Əzizov və Arif Səfərov

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi