Lütfiyyə Baxşəliyevadan, Bakı, Azərbaycan
29 aprel 2026, 17:25
Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan!
Dünya miqyasında gedən mürəkkəb proseslər fonunda Sizin uzaqgörən və qətiyyətli siyasətiniz Azərbaycanın təhlükəsizliyinin və sabitliyinin əsas təminatıdır. Sizin müdrük siyasətiniz sayəsində ölkəmiz region dövlətləri arasında lider olmaqla yanaşı, Cənubi Qafqazda söz sahibinə çevrilmişdir.
Bugünkü Azərbaycan dövlətinin əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma Qarabağımıza qayıdışı və oradakı tikinti-bərpa işlərinin sürətlə icra olunması bir daha bizdə əminlik yaradır ki, Siz bundan sonra da dövlətimiz, xalqımız üçün daha böyük uğurlara imza atacaqsınız.
Cənab Prezident, bu gün biz bir xalq olaraq, Sizin ətrafınızda dəmir yumruq kimi sıx birləşmişik və Sizin apardığınız uğurlu siyasətinizi dəstəkləyirik. Biz inanırıq ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı olaraq, Siz bundan sonrakı fəaliyyətinizdə də böyük uğurlarınızla xalqımızı sevindirəcəksiniz. Sizə cansağlığı və hər zaman böyük uğurlar arzulayıram.
Uca Tanrı Sizi qorusun.
Hörmətlə.
Baxşəliyeva Lütfiyyə Qaçay qızı,
“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin Sabunçu rayon filialının sədri, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.