Murad Sarıbalayevdən, Bakı, Azərbaycan
Text size
29 aprel 2026, 17:00
Hörmətli cənab Prezident.
Azərbaycan xalqına göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Son günlər ölkəmizdə baş verən güclü yağışlar və onların yaratdığı çətinliklər zamanı əhaliyə göstərdiyiniz həssas münasibət və operativ tapşırıqlarınız xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Bu cür çətin anlarda göstərilən diqqət və qayğı insanların dövlətə olan inamını daha da gücləndirir.
Buna görə Sizə bir daha təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Murad Sarıbalayev,
özəl sektorun işçisi
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.